Demokrat.az Musavat.com-a istinadən bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, bu sahədə bir neçə islahata ehtiyac var:
"Azərbaycan ali təhsil müəssisələrində magistr təhsili bakalavr təhsilindən kifayət qədər fərqlənmir və bu mərhələni sadəcə onun davamı kimi qəbul etmək ciddi problemlərə yol açır. Magistrantların hər semestr çox sayda imtahan verməsi, kollokviumlar, gündəlik qiymətləndirmələr və fərdi işlərlə yüklənməsi tədqiqat yönümlü təhsilin inkişafına mane olur. Halbuki, magistratura əsasən tədqiqat bacarıqlarının formalaşdırılması və elmi fəaliyyətə hazırlıq üçün nəzərdə tutulub.
Magistrantlar tədqiqat işlərinə yönəldilməli və hər semestrin sonunda elmi məqalələrini beynəlxalq jurnallarda çap etdirmələri və ya nüfuzlu konfranslarda təqdim etmələri təmin edilməlidir. Bunun üçün gündəlik qiymətləndirmə və cari yüklənmələr ləğv edilməli, tədqiqat əsaslı fəaliyyətlərə üstünlük verilməlidir. Bu yanaşma onların beynəlxalq arenada rəqabətə davamlı olmasını təmin edər.
Magistratura təhsil haqları çox yüksəkdir və bu, tələbələrin həm elmi fəaliyyətlərini, həm də ümumilikdə təhsilə marağını azaldır. Təhsil haqları azaldılmalı və magistrantlar üçün qrant layihələri yaradılmalıdır ki, onların tədqiqat işləri maliyyə dəstəyi ilə təmin olunsun. Eyni zamanda, humanitar sahələr üzrə plan yerləri azaldılmalı, əmək bazarının tələblərinə uyğun olaraq texnologiya, kənd təsərrüfatı, iqtisadiyyat və informasiya təhlükəsizliyi sahələrində yerlər artırılmalıdır.
6Mənbələr
-
tehsil.biz"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır" ( 13761913)
-
demokrat.az"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır" ( 13757560)
-
moderator.az"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır" ( 13756543)
-
referans.az"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır" ( 13756510)
-
musavat.com"Magistratura təhsil haqları çox yüksəkdir, azaldılmalıdır" ( 13755604)
-
tehsilforumu.azMagistr təhsilində təhsil haqları azaldılsın ( 13745590)