Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Suriyanın inkişafında yeni dövrün başladığını açıqlayıb.
Publika.az xəbər verir ki, siyasətçi sosial media hesabında Bəşər Əsəd rejiminin devrilməsi fonunda qonşu ölkədə yaranmış vəziyyəti şərh edib.
C.Yılmaz Suriya xalqının öz inkişafında yeni səhifə açdığını qeyd edərək, qonşu ölkə əhalisinin bütün təbəqələrinin iradəsini əks etdirən hakimiyyət sisteminə “sağlam keçidin” təmin edilməsinin vacibliyini vurğulayıb.
“Qarşıdurmadan uzaq, konstruktiv və hərtərəfli yanaşmaya riayət etmək lazımdır”, - deyə Türkiyənin vitse-prezidenti bildirib.
Siyasətçi regiondankənar qüvvələri Suriyada sabitliyə zərər vurmaqdan çəkinməyə, beynəlxalq ictimaiyyəti isə bu ölkənin yenidən qurulması prosesinə dəstək verməyə çağırıb.