Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrə mebel və digər inventarlar alınır.
Pravda.az-ın xəbərinə görə, Nazirlik bu məqsədlə "Embawood" MMC ilə müqavilə bağlayaraq 88 914 AZN köçürməyi planlaşdırır.
Alınacaq məhsullara işçilər və qonaqlar üçün kürsülər, hakimlər üçün mebel dəsti, tumbalı masalar daxildir.
Qeyd: MMC-nin qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasovdur. Şirkətin deputat Məşhur Məmmədova məxsus olduğu bildirilir.
Cabir Həsənov
Tarix: 29 Dekabr 2024, 13:12