İtalyan jurnalist Sesiliya Sala İranda həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Məlumata görə, İran hakimiyyəti jurnalist qadının ölkə qanunlarını pozduğunu iddia edir. Nəşrin yazdığına görə, onun həbsi ABŞ-ın tələbi ilə Milanda bir iranlının saxlanmasınaTehranın cavabı ola bilər.
Müəllif: Arzu