AZ

Naftalanın tanıtımı indi surət qatarlarında - Foto

Prezident İlham Əliyevin rəhbərliyi ilə Naftalan kurortunun inkişafı, beynəlxalq səviyyədə tanınması istiqamətində mütəmadi olaraq addımlar atılır. 

Həm unikal-müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə nəfis tərtibatda  hazırlanmış “Visit  Naftalan” mobil tətbiqinin və Naftalanda fəaliyyət göstərən otel, Müalicə Mərkəzlərinin tanıtım çarxı ADY QSC-nin bütün istiqamətlər üzrə hərəkət edən sürət qatarlarında yayımlanır.




Seçilən
118
2
qafqazinfo.az

3Mənbələr