AZ

Qazaxıstanda narkotik maddələrin istehsalına görə cəzalar sərtləşdirilib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik maddələrinistehsalı və satışına görə cəzaların sərtləşdirilməsinə yönəlmişqanunu imzalayıb.

Trend xəbərverir ki, qanunla narkotik maddələrin istehsalına, həmçininvəzifəli şəxslər tərəfindən narkotik maddələrin hazırlanması, emalıvə istehsalına görə cinayət məsuliyyəti sərtləşdirilib.

Bu cinayətlərə görə təqsirli şəxslər əmlak müsadirəsi ilə 15-20il azadlıqdan məhrum edilə və ya ömürlük həbsə məhkum ediləbilərlər.

Bununla yanaşı, qanunla narkotik maddələri gizlədənlər üçüncəzalar bir qədər yüngülləşdirilib.

İlk dəfə ağırlaşdırıcı hallar olmadan törədilən bu cürcinayətlərə görə qanun 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə vəəmlakın müsadirəsi cəzasını nəzərdə tutur (əvvəl bu müddət 5-10 ilidi).

Bu cür cəza yüngülləşdirilməsi onunla əlaqədardır ki, narkotikmaddələri gizlədənlərin əksəriyyətini təşkil edən yeniyetmə vəgənclər özləri bilavasitə bu maddələri hazırlamayıb və emaletməyiblər, və çox vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsinitəşkil edənlər tərəfindən öz cinayətkar məqsədləri üçün istifadəolunublar.

Seçilən
88
3
az.trend.az

3Mənbələr