1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünyanın ən böyük neft limanlarından bəziləri, o cümlədən Səudiyyə Ərəbistanı və ABŞ-də olanlar iqlim dəyişikliyinə görə dəniz səviyyəsinin bir metrə qədər yüksəlməsi nəticəsində suyun altında qala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti tədqiqatçılara istinadən yazır.
Məlumata görə, 2024-cü ilin noyabr ayında nəşr olunan Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünə (ICCI) görə, bir əsr ərzində dəniz səviyyəsinin bir metr yüksəlməsi qaçılmaz hala gəlib və karbon qazı emissiyaları məhdudlaşdırılmasa, 2070-ci ildə bu baş verə bilər.