ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) "Landsat" 8 və 9 peykləri Xəzər dənizindəki Çigil dəniz adasının şəklini çəkə bilib.
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu adaya "kabus" və ya "sərgərdan" deyilir.
O, 2023-cü ilin əvvəlində Kumani palçıq vulkanının püskürməsindən sonra üzə çıxıb.
2024-cü ilin sonunda ada yenidən su altında qalıb. Alimlər oxşar hadisələri bir neçə dəfə qeydə alıblar. Səbəb eyni Kumani vulkanı olub.
![](http://ssl.moderator.az/file/articles/2025/01/12/1736633176_nrxj6hgipotk9me8ehykscphynj1x02s3rpssooi_640.webp)