Bu gün 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
14:25
Bərdədə yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, rayonun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
![Bərdədə](https://apa.az/storage/news/2025/january/13/small/6784edb5994026784edb5994031736764853c28eb7f09879e8f620bfaa8ce7864b66.jpg)
![Bərdədə](https://apa.az/storage/news/2025/january/13/small/6784edb5d857c6784edb5d857d1736764853bf959c64f2ebaa7aa642e0b5280bbdf6.jpg)