AZ

İmmobile "Beşiktaş"dan gedir

"Beşiktaş" klubunun ulduz futbolçusu Çiro İmmobile karyerasını İtaliyada davam etdirmək istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Beşiktaş" rəsmiləri futbolçunun ayrılmasını istəməsələr də, İmmobile qərarında qətidir.

Türkiyə mediasında yayılan xəbərlərə görə, Çiro İmmobilenin meneceri "ağ-qaralar"ın rəsmiləri ilə görüşmək istədiyini bildirib.

Qeyd edək ki, Çiro İmmobile bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 23 oyunda 14 qolla yadda qalıb.

Milli.Az

Seçilən
17
1
milli.az

2Mənbələr