
Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini uzadacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.
Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, Ronaldonun 39 yaşı var, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Bu mövsüm portuqaliyalı klubda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kubokları tarixinin bombardiridir.