
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
Bu barədə NUH.az demokrat.az-a istinadən xəbər verir.
Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ş. Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edib. İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.