AZ

“Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik - VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, iki qardaş ölkənin hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.

“Biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, - deyə Türkiyə Müdafiə Nazirliyində bildirilib.

Seçilən
53
50
unikal.az

10Mənbələr