AZ

Hamamda su çəni partladı - Ev yiyəsi ağır yaralandı

Göyçayda qadın ağır yanıq xəsarətləri alıb.

Modern.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisindəki evlərin birində baş verib.

1991-ci il təvəllüdlü Sevinc Cəfərova hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəni partlayıb. Nəticədə qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun bədəninin 70-80 faizinin yandığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
12
modern.az

10Mənbələr