AZ

"Real Madrid" və "Atletiko Madrid"in ulduzları içki brendinin sahibi oldular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbolçular Antuan Qrizmann və Brahim Diaz içki brendinin sahibi olublar.
Oxu.Az xəbər verir ki, "Atletiko Madrid"in hücumçusu və "Real Madrid"in yarımmüdafiəçisi "WTR ONE" vitaminləşdirilmiş içki brendini alıblar.
İçki İsveçdəki təbii bulaqların suyundan hazırlanır. "WTR ONE" vitamin və minerallarla zənginləşdirilib, fəal və sağlam həyat tərzini dəstəkləmək üçün nəzərdə tutulub.
Brendin moruq (E, D və B12 vitaminləri ilə), limon (B vitaminləri və sink ilə) və şaftalı (E vitamini, sink və çay ekstraktı) dadlı içkiləri var.
Hər içkinin immunitet sistemini gücləndirməkdən tutmuş konsentrasiyanı yaxşılaşdırmağa və enerjini bərpa etməyə kimi müəyyən bir funksiyaya xidmət etdiyi bildirilir.
Seçilən
44
50
oxu.az

10Mənbələr