18:30
Misli Premyer Liqasının XXII turunda "Araz-Naxçıvan" "Kəpəz"lə heç-heçəyə razılaşıb.
Xalqcebhesi.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Naxçıvan təmsilçisi 44 xalla ikinci, Gəncə klubu 18 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Zirə" "Neftçi" ilə qarşılaşacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
***
"Neftçi" səfərdə "Zirə"yə 2-1 qalib gəlib.
Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. 90+3-cü dəqiqədə isə fərqlənən Ervin Koffi "Neftçi"yə qələbə qazandırıb.
"Zirə" 39 xalla üçüncü sırada yer alıb. “Neftçi” isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.