İran prezidenti Məsud Pezeşkian Rusiyaya rəsmi səfərə gəlib. Onun təyyarəsi yanvarın 17-də paytaxtın “Vnukovo-2” hava limanına enib. Məlumatı “İzvestiya.ru” verib.
İran liderini Moskvada Rusiyanın energetika naziri Sergey Tsivilev, xarici işlər nazirinin müavini Andrey Rudenko və XİN Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıblar.
Bir gün əvvəl Kremlin mətbuat xidməti xəbər vermişdi ki, Rusiya lideri Vladimir Putin və iranlı həmkarı yanvarın 17-də Rusiya Federasiyası ilə İran arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə yüksəlməsini əks etdirən Strateji Tərəfdaşlıq Sazişi imzalayacaqlar. Bundan əlavə, saziş Rusiya-İran münasibətlərinin uzunmüddətli perspektivdə bütün sahələrdə gələcək inkişafı üçün hüquqi baza yaradır.
P.ƏMİRCANOV
XQ