"Real Madrid"in hücumçusu Kilian Mbappe" Copa del Rey" matçında "Selta" ilə qarşılaşmada ( 5:2 ) qol vuraraq, əvvəllər yalnız Kərim Benzemanın əldə etdiyi nadir nailiyyəti təkrarlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "MisterChip" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mbappe Madrid klubunun tarixində bir mövsümdə 6 fərqli yarışda qol vuran ikinci belə futbolçu olub. Benzema buna 2022/2023 mövsümündə nail olub.
Kilian Mbappe bu mövsüm İspaniya çempionatında, Superkubokda və ölkə kubokunda, Çempionlar Liqasında, Qitələrarası Kubokda və UEFA Super Kubokunda qol vurub.
Fransız hücumçu yayda "Real Madrid"ə keçərək 2029-cu ilə qədər müqavilə imzalayıb.
Mirağa