Agentlikdən Demokrat.az-a bildirilib ki, görüşdə AQEM Nazirlər Şurasının 7-ci görüşündə Azərbaycan tərəfinin 2024-2026-cı illər üzrə təhvil aldığı AQEM-ə sədrlik çərçivəsində turizm sahəsi üzrə aparılacaq mütəmadi əməkdaşlıq perspektivləri müzakirə edilib.
AQEM tərəfindən hazırlanmış rəsmi konsepsiya sənədinin turizm bölməsinə Dövlət Turizm Agentliyi tərəfindən verilmiş layihə təklifləri haqqında fikir mübadiləsi aparılıb.
Baş katib Kayrat Sarıbay öz növbəsində ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.
Bununla yanaşı, o, turizm sahəsi üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialının AQEM-ə üzv dövlətlərə tanıdılması məqsədilə həmin dövlətlərin media nümayəndələri üçün ölkəmizə mediaturların təşkilində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda AQEM-in Sədrlik Proqramında əks olunmuş “AQEM ölkələrində Dairəvi Yaşıl Turizm” layihəsi üzrə 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılığa gəlinib.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Müşavirənin yaradılmasında məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal fəaliyyətin aparılmasıdır.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/1/17/1/8b032dfd-e890-4715-90a6-f719934d1318/17371133612903248606_1200x630.jpg)
10Mənbələr
-
az.trend.azBakıda Azərbaycanın 2030-cu ilə qədər olan dayanıqlı inkişaf prioritetlərinə həsr olunmuş tədbir keçirilir ( 15156553)
-
operativmedia.azAzərbaycan ŞƏT-in Dayanıqlı İnkişaf üzrə Şurasının yaradılmasını dəstəkləyib ( 15116043)
-
az.trend.azRusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Bakıda görüşlər keçirib (FOTO) ( 15105219)
-
bakivaxti.azAQEM-in Baş katibi Azərbaycanın sədrliyi çərçivəsində planlaşdırılan tədbirləri açıqlayıb ( 14986801)
-
az.trend.azTarixdə ilk dəfə BMT və MDB əməkdaşlığı üzrə yüksək səviyyəli tədbir keçiriləcək ( 14982323)
-
ikisahil.azMDB və BMT arasında yüksək səviyyəli birgə tədbir keçiriləcək ( 14981711)
-
azertag.azCenevrədə keçirilən “Vəddən icraya: Gələcək üçün Paktın və COP29 öhdəliklərinin həyata keçirilməsi” adlı tədbir yekunlaşıb ( 14869583)
-
fed.azDövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb ( 14865941)
-
azadmedia.azDövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb » AzadMedia.az ( 14861671)
-
demokrat.azDövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşdü — FOTO ( 14861605)