AZ

Ukrayna ilə Britaniya arasında yeni sazişin gizli hissəsi var - Zelenski

Ukrayna və Böyük Britaniya arasında 100 illik tərəfdaşlığa dair yeni sazişin gizli hissəsi var.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski bildirib.

"Sazişin qapalı, gizli hissəsi var. Bizə həqiqətən sabitlik və inkişaf imkanları verən hər şey", - prezident ideomüraciətində deyib.

Zelenski həmçinin bildirib ki, Ukrayna bu il Böyük Britaniyadan 6,6 milyard dollar hərbi yardım alacaq.

Yanvarın 16-da Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Keir Starmer hərbi əməkdaşlığı, həmçinin enerji və digər sektorlarda əməkdaşlığı əhatə edən “100 illik tərəfdaşlıq” haqqında saziş imzalayıblar.

Seçilən
13
19
modern.az

10Mənbələr