Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Monpelye” doğma meydanda “Monako” ilə, “Lill” isə “Nitsa” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı hər iki oyunda meydan sahibləri qələbə qazanıblar.
18-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
18-ci tur
17 yanvar
Monpelye – Monako 2:1
Qollar: Əl-Tamari, 55; 82 – Kehrer, 32.
Lill – Nitsa 2:1
Qollar: Haraldsson, 48. Diakite, 63 – Diop, 29.
18 yanvar
20:00. Lans – PSJ
22:00. Renn – Brest
00:05. Olimpik (Lion) – Tuluza
19 yanvar
18:00. Sent Etyen – Nant
20:15. Anje – Oser
20:15. Reyms – Havr
23:45. Olimpik (Marsel) – Strasburq