AZ

Tramp bu gün and içəcək

2024-cü il ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp bu gün and içəcək.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, Tramp andiçmə mərasimindən əvvəl Vaşinqtonda bir sıra mühüm açıqlamalar verib.

Tramp tərəfdarlarına müraciət edərək, "Biz qalib gəldik. Siz qalib gəldiniz. Nə gözəl hissdir. Ölkəmizi indi olduğundan daha da irəli aparacağıq" deyib. O, ölkənin qarşılaşdığı böhranlara qarşı sürətli addımlar atacağını və inflyasiya ilə mübarizədə ciddi tədbirlər görəcəyini bildirib
.
Tramp Elon Maska təşəkkür edərək onun Pensilvaniyada seçki kampaniyasına kömək etdiyini qeyd edib. Bundan əlavə, o, ABŞ-ın TikTok-un 50 faizinə sahib olacağını və bu qərarın ölkəyə böyük sərmayə gətirəcəyini bildirib.

Tramp Qəzzadakı atəşkəs razılaşmasına toxunaraq, sərhədlərin təhlükəsizliyinin təmin ediləcəyini və ABŞ ordusunun Dəmir Qübbə müdafiə sisteminin istehsalına yönləndiriləcəyini bildirib.

Seçilən
69
3
demokrat.az

10Mənbələr