Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canından keçən şəhidlərimizin anım günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.
20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.