AZ

Müğənni kəndinə yol çəkdirdi: Trendə başlamaq lazım... - Video

Müğənni Pünhan Piriyev təqdirəlayiq addımı ilə gündəmə gəlib.

Kult.az Ölk.az-a istinadən xəbər verir ki, sənətçi kəndinə yol çəkdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə yük maşınında asfalt örtüyünün daşındığı görünür. Ardınca isə müğənninin iştirakı ilə kəndin yolunda təmir işlərinin aparıldığı əks olunur.

Bildirilir ki, aparılan işlər Hacıqabul rayonun Meyniman kəndində həyata keçirilib.

Sosial şəbəkə istifadəçiləri sənətçinin bu addımı alqışlayıb və "Belə trendə başlamaq lazımdır", "halal olsun", "ömür boyu ölənlərinə rəhmət qazandın" və s. kimi şərhlər yazıblar.

Seçilən
20
3
axar.az

4Mənbələr