Fərmanda, baş prokurorun ştatlara kifayət qədər dərman təmin edilməsi üçün bütün lazım olan və qanuni tədbirləri görməsi tələb olunur. Associated Press-in məlumatına görə, prezident, həmçinin edam cəzasının tətbiqinə dair hökumət və ştatlar arasındakı hüquqi məhdudiyyətləri nəzərdən keçirməyə çağırıb.
Tramp, "Hökumətin əsas vəzifəsi vətəndaşları qorumaqdır. Biz amerikalılara qarşı qəddar cinayətlər törədənlərə ölüm cəzası tətbiq edən qanunların zəifləməsinə imkan verməyəcəyik," - deyə bildirib.
Xatırladaq ki, 2024-cü ilin sonunda Donald Tramp, Joe Baydeni daha əvvəl edam cəzasına məhkum edilmiş 37 məhbusun cəzalarının yüngülləşdirilməsinə dair qərarına görə tənqid edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31