Milli Məclisin deputatı Vüqar İskəndərov hesabat verdi
XALQ.AZ məlumat verir ki, 114 saylı Şəki şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı olan Vüqar İskəndərov fəaliyyəti haqqında hesabat yayımlanıb.
Məlumata görə, millət vəkili 2024-cü ilin sentyabr – dekabr aylarında 101 vətəndaş qəbulu keçirib, 149 müraciət qəbul olunub. Onların 130 müraciət icra olunub,2 müraciət icraatda olduğu qeyd olunub. 65 Beynəlxalq və yerli konfranslarda iştirak edib, 954 çıxış -375 sayt, 35 TV-də 6 məqalə və açıqlama ilə yerli mətbuatda çıxış edib. Sosial hesablarında 505 paylaşım olunub.
Məlumatda qeyd olunur ki, vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılmış, müvafiq olaraq mərkəzi icra hakimiyyətləri və yerli icra hakimiyyətləri orqanlarına qarşısında məsələlər qaldırılmışdır.
Həmin fəaliyyət dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli, müraciətlərin qanunvericiliyin imkanları çərçivəsində baxılmasının təmin edilməsi, habelə dövlətin gündəmində olan mövzular ərtafında çıxış etmişdir.
Qeyd edək ki, millət vəkili Vüqar İskəndərov şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirir, parlament komitə və plenar iclaslarında qanun layihələrinin işlənməsində aqrar siyasət, gənclərlə, elm və təhsil, mədəniyyət və digər sahələri əhatə edən qanunların təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər çıxış edir.