Yanğından xilas olmaq üçün bu yola əl atdılar - VİDEO/FOTO
Türkiyənin turizm yerlərindən biri olan Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb. Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, oteldə qalan vətəndaşlar yanğından xilas olmaq üçün yataq dəstinin üzlüklərini pəncərədən asaraq aşağı enməyə çalışıblar. Həmin anlar vətəndaşlardan birinin mobil telefonunun kamerasına əks olunub.