AZ

Tramp həbs edilən 1600-ə yaxın tərəfdarını əfv edib

ABŞ-nin 47-ci prezidenti Donald Trampın imzaladığı ilk fərmanlarından biri 2021-ci il yanvarın 6-da Vaşinqtonda törətdiyi iğtişaşlara görə, həbs edilən yüzlərlə şəxsin əfv edilməsi barədə olub.

SeherXeber.org xəbər verir ki, bu şəxslər 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları olaraq, Vaşinqtonda Co Baydenin prezident kimi təsdiqlənməsinə mane olmağa çalışaraq iğtişaşlar törədərək, Kapitoliyə hücum ediblər.

“Ümid edirəm ki, bu gün azadlığa çıxacaqlar, bunu gözləyirlər. Təxminən 1500 nəfər”, - Tramp bildirib.

Amerika mediası bu rəqəmin 1600-ə yaxın olduğunu yazıb.

Mürtəza

SeherXeber.org

Seçilən
4
3
seherxeber.org

4Mənbələr