AZ

Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb VİDEO

Bu gündən Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb.

Qafqaz Müsəlmanlar İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, zəvvarlar üçün builki həcc ziyarətinin qiyməti 5950 dollar təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə,

İdarənin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirli bildirib ki, sözügedən məbləğ bir zəvvarın bütün xərcləri nəzərə alınmaqla təyin olunub.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Müraciət üçün isə ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 5x5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Bildirilib ki, sənədlərin qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılır. Yerlər isə məhduddur. O da qeyd olunub ki, Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
55
50
xezerxeber.az

10Mənbələr