AZ

“Qalatasaray” öz meydanında “Dinamo” ilə heç-heçə edib

Türkiyənin “Qalatasaray” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi VII turda doğma meydanda Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) qəbul edib. 

“Rams Park”da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib. Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Dinamo” isə sonuncu – 36-cı yerdədir.

Seçilən
12
14
missiya.az

10Mənbələr