AZ

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

Bakı. Trend:

Elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahırayonlarının məktəb direktorları ilə görüşüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, görüşdə elm və təhsilnaziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması,məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğununartırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişafetdirilməsi məsələlərindən söz açıb.

Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onlarınhəlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərinqiymətləndirmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyinivurğulayıb.

Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstəkgöstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsasməsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzununartırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamandaümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərəçatdırıb.

Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəalcəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsilgöstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqiməsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının,layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyətivurğulanıb.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsişəraitində davam etdirilib və onların təklifləri dinlənilib.

Seçilən
7
23
az.trend.az

10Mənbələr