AZ

Zelenski Finlandiya Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşüb.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, liderlər ədalətli sülh və təhlükəsizlik təminatının yaxınlaşması üçün atılacaq addımları müzakirə edib.

Qeyd olunub ki, Zelenski və Stubb arasındakı görüşün əsas mövzuları Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, təhlükəsizlik təminatları və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi olub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
35
13
missiya.az

9Mənbələr