AZ

Millət vəkili məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 23-də paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Hikmət Babaoğlu olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Seçilən
18
5
azedu.az

10Mənbələr