Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti bərpa etmək planları ilə bağlı bəyanatlarına cavab olaraq təşkilata şikayət göndərib.
Məlumata görə, BMT-nin Baş katibi Antonio Quterreşə göndərilən məktubda Panama Trampın Panama kanalına sahib olmaq niyyətini bildirdiyi inauqurasiya nitqindən narahatlığını ifadə edib.
“Müraciətimizi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırmağınızı xahiş edirik”, – məktubda qeyd edilib.
Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.