AZ

Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki,  millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında hərbi qulluqçuların mənzillə təmin olunmasında yaranan çətinliklər, işsizlik və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer alıb. Millət vəkilinin ofisindən verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.

Seçilən
51
11
ikisahil.az

10Mənbələr