AZ

Naxçıvanda 10° şaxta olub

Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub. 

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq  küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
10
7
qafqazinfo.az

10Mənbələr