AZ

® SOCAR-ın “Yaşıl” istiqrazları “ABB mobile” tətbiqində!

ABB özünün törəmə müəssisəsi olan “ABB İnvest” şirkəti vasitəsilə daha bir investisiya fürsətini “ABB mobile” tətbiqi üzərindən əlçatan edib.

Artıq SOCAR-ın “Yaşıl” istiqrazlarını da “ABB mobile” tətbiqi vasitəsilə heç yana getmədən,

əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə toxunuşla və komissiyasız əldə etmək olar.

SOCAR-ın "Yaşıl” istiqrazlarının buraxılışına 2025-ci il 15 yanvar tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon dollardır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1000 dollardır. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 faizdir.

Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 2025-ci il 28 fevraldır.

İnvestorlar bu tarixə qədər “ABB mobile” vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

 

Seçilən
11
15
azertag.az

10Mənbələr