AZ

"Borussiya Dortmund" klubunu çalışdıracaq baş məşqçi bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



53 yaşlı xorvatiyalı mütəxəssis Niko Kovaç "Borussiya Dortmund"un baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Borussiya Dortmund"un rəhbərliyi Kovaçın namizədliyini müvəqqəti hesab edir və ona mövsümün sonuna qədər müqavilə təklif edəcək.
Amma yayda Almaniya klubu yeni baş məşqçi axtarışına fəal şəkildə başlayacaq. Namizədlər arasında Erik ten Haq, Sebastyan Hennes və Roqer Şmidt var.
Niko Kovaç Almaniyada "Ayntraxt Frankfurt", "Bavariya" və "Volfsburq"da çalışıb.
Seçilən
20
3
oxu.az

5Mənbələr