AZ

Millət vəkili şəhid ailəsi ilə görüşüb- ÖZƏL

Millət vəkili Vüqar Bayramov şəhid ailəsi ilə görüşüb. Bu barədə millət vəkili özü "Olaylar"a məlumat verib: "Füzuli rayonu Böyük Bəhmənli kəndində qəhrəman şəhidlərimizdən olan Allahyar İbrahim oğlu Əliyevin ailəsi ilə görüşdük. Birinci Qarabağ müharibəsinin şəhidi olan Allahyar Əliyev zəngin döyüş yolu ilə yaddaşlarda qalıb. Ailəsi ilə görüş zamanı onların qayğıları ilə maraqlandıq, şəhidimizin keçdiyi zəngin döyüş yolundan geniş söhbət açdıq.
Allahyar Əliyev 1970-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra ordu sıralarına daxil olub. 1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra Peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ildə Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar müharibəyə qoşulmuş və xüsusi peşəkarlıq göstərmişdir. 1993-cü ildə Füzuli rayonu Veysəlli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra təhsil aldığı Füzuli rayonu 2 saylı Böyük Bəhmənli kənd tam orta məktəbinə onun adı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
50
olaylar.az

10Mənbələr