Əmək haqqını ala bilməyən işçi “Avrora” MMC-ni məhkəməyə verib.
“Avrora” MMC ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 14 fevral tarixində hakim Rəşad Qoşqarlının sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Avrora” MMC bir çox beynəlxalq şirkət, zavod və fabrikin partnyorudur. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “KraftHeinz”, “Carsberg”, “Diageo” şirkətlər daxildir. “Avrora” MMC-nin prezidenti Ceyhun Abbasovdur.
Tərəfləri dinləməyə hazırıq.