AZ

“Beşiktaş” “Qarabağ”ın pley-off şansını yarıbayarı azalıb

Avropa Liqasının Liqa mərhələsinin VII turunun ilk iki günündən sonra komandaların şansları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın pley-off şansı bəlli olub.

Ekspertlər Ağdam klubunun mübarizəni davam etdirmək ehtimalını 1 faizlə dəyərləndirir. Qurban Qurbanovun yetirmələrinin ən yaxşı halda 17-24-cü yerlərdən birini tutacağı proqnozlaşdırılır. “Qarabağ”ın mübarizəni 99 faiz dayandıracağı gözlənilir.

6 turdan sonra təmsilçimizin şansları 2 faizə bərabər idi. Lakin “Beşiktaş”ın “Atletik” üzərində 4:1 hesablı qələbəsi bu rəqəmi yarıbayarı azaldıb.

Qeyd edək ki, 6 oyundan sonra 3 xalı olan Ağdam klubu turnir cədvəlində 33-cüdür.

İdman.biz

Seçilən
94
25
idman.biz

10Mənbələr