AZ

Məşhur aktyor evində ölü tapıldı - FOTO

39 yaşlı ispaniyalı aktyor Fransisko San Martin vəfat edib.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, "Days Of Our Lives" serialı ilə məşhurlaşan aktyor evində ölü tapılıb. Onun uzun müddətdir yaşadığı Los-Ancelesdəki mənzilində cansız bədəni aşkarlanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.

Xatırladaq ki, Fransisko San Martin əvvəllər model olaraq çalışıb. O 2010-2011-ci ilərdə "Days Of Our Lives" serialında "Dario Hernandez" rolunu canlandırıb.

Aktyor "Behind The Candelabra" adlı ekran işində də rol alıb.


Seçilən
51
23
news24.az

10Mənbələr