AZ

Sülh naminə Kiyev rejimindən ərazi güzəştləri tələb olunacaq – “Times” qəzeti

Ağ Evin yeni rəhbəri Donald Trampın əldə etmək niyyətində olduğunu bəyan etdiyi Ukrayna münaqişəsinin həlli üçün Kiyev rejimindən ərazi güzəştləri tələb olunacaq.

Editor.az bildirir ki, bu barədə “Times” qəzeti yazıb. “Trampın əli ilə sülh ərazi güzəştləri demək olacaq. Ukrayna üçün bu, qanuni olmasa da, faktiki olaraq ərazisinin beşdə birinin itirilməsi demək ola bilər”, – nəşr yazır.

Qəzet hesab edir ki, Ukrayna bəzi ərazilərdən imtina etsə, Qərbdən ölkənin qalan hissəsi üçün təhlükəsizlik zəmanəti ala bilər.
“The Hill” qəzetinin proqnozuna görə, Tramp Ukraynada atəşkəs əldə etməyə nail olacaq, lakin Kiyev ərazi itkiləri verəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
50
editor.az

10Mənbələr