AZ

Unibank “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib

Bakı. Trend:

“Unibank”ın “Əjdaha” lotereyasının beşinci tirajının qaliblərinəhədiyyələr təqdim olunub. Lotereyanın son tirajının əsas hədiyyəsiolan Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli vəəşyalı mənzilin sənədləri və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdimedilib. Lotereyada qazanılan puluduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb.

“Əjdaha” lotereyasının sonuncu tirajının qalibləri öztəəssüratlarını bölüşüblər:

Sonuncu tirajda iPhone 15 Pro qazanan GülnarƏhmədova 10 ildən artıqdır Unibank müştərisidir:“Lotereyadan əvvəldən məlumatlı idim. Davamlı Unibank kartımlaalış-veriş edirdim və qalib olacağıma çox inanırdım. Telefonudduğumu eşidəndə, çox sevindim. Unibank hər zaman öz müştərisinədəyər verir”.

Aydın Əbilov da “Əjdaha” lotereyadan iPhone 15 Pro udub: “Bütünalış-verişlərimi UCard-la edirəm. Hər tirajdan sonra qaliblərsiyahısında adımı axtarırdım. Bankdan zəng edəndə ki, lotereyadatelefon udmusan, çox sevindim”.

Sonuncu tirajda telefon uduşunun sahibi olan AnarƏzizov əvvəlki dörd tirajın nəticələrini hər zamanizləyib: “Lotereya haqqında məlumatım var idi. Əvvəlki tirajlardaqaliblər sırasında adımı görməyəndə də, lotereyanın şəffaflığınainanmışam. Çox sevinirəm ki, sonuncu tirajda iPhone 15 Proqazandım”.

Beşinci tirajın daha bir telefon qazanan qalibi MalikMəmmədovdur: Doğrusu, lotereya haqqında məlumatlıdeyildim. Ona görə telaefonuma bildiriş gələndə inanmamışdım. Sonra“Unibank”dan zəng etdilər və bundan sonra inandım”.

Beşinci tirajın əsas hədiyyəsini- Seabreeze Park Residence-2-dəyerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən birini qazananFərid Həsənli isə hələ də bu gözəl xəbərin təsirialtındadır: “Mənim üçün o qədər sevincli bir xəbər oldu ki, həttagünlərlə belə dəyərli hədiyyə udduğuma inanmadım. Sevincimi ifadəetmək üçün söz tapa bilmirəm və hər bir Unibank müştərisinə beləböyük sevinci yaşamağı arzu edirəm.

“Unibank”dan gələn zəng Ayaz Bayramovun daböyük xəyalının cavabı olub: “Təkrar dəqiqləşdirdikdən sonra“Əjdaha” lotereyadan ev qazandığıma inandım. Çox böyük sevincdir.“Unibank”a müştərilərini hər zaman dəyər verdiyi üçün təşəkküredirəm!”.

Unibank kartı çox sərfəli və rahat olduğu üçün hər zaman bütünödənişlərini UCard-la edən Ülvi İsmayılova bu dəfəsevimli kartı gözəl bir mənzil qazandırıb: “Canlı efirdən“Unibank”ın lotereyasında mənzil qazandığımı eşidəndə, çoxsevindim. İlk dəfədir ki lotereyada belə qiymətli hədiyyəqazanıram. Unibank hər zaman müştərisinə verdiyi dəyəri vəkeyfiyyətli xidməti ilə seçilib”.

Unibank müştəriləri üçün bir sıra yeniliklər hazırlayıb. Yenixidmət və məhsulların il ərzində müştərilərə təqdim olunmasınəzərdə tutulur.

Unibank - Sənin Bankın!

Məqalədə:
Seçilən
7
2
az.trend.az

10Mənbələr