ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlayacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Şimali Koreya lideri Kim ilə əlaqə saxlayıb-saxlamayacağı sualına Tramp “Onunla yenidən əlaqə saxlayacağam. Kim ağıllı adamdı. Onun məndən xoşu gəlir və mən də onunla anlaşıram", - Tramp deyib. Xatırladaq ki, Tramp 2019-cu ilin iyununda yarımadanı Şimali və Cənubi Koreyaya bölən “demilitarizasiya zonasında” Şimali Koreya lideri Kim Çen Inla görüşüb əl sıxıb və Şimali Koreya torpağına ayaq basan ilk ABŞ prezidenti olub.