Bakı. Trend:
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini– Quru Qoşunların komandanı general-polkovnik Hikmət MirzəyevTürkiyəyə rəsmi səfər edib.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti TürkiyəRespublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordugeneralı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın carivəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyətərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən vəbunun mümkün inkişaf perspektivlərindən danışılıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.