Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib.
Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_1__13_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_4__15_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_12__6_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_11__6_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_10__8_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_9__11_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_8__9_.jpg)
![](https://qafqazinfo.az/uploads/1737729748/7.jpeg)
![](https://qafqazinfo.az/uploads/1737729748/thumbnail_6__9_.jpg)