“WhatsApp” yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, yeni funksiyanın məqsədi kanallardakı axtarışları asanlaşdırmaq məqsədi daşıyır. Məlumata görə, yeni funksiya “WhatsApp”ın android beta versiyasında müşahidə edilib. Yenilik, istifadəçilərin sevimli kanallarını axtardığı mesajları praktik şəkildə tapmağa kömək edəcək. “WhatsApp” kanallarında axtarış funksiyası sadə işləyəcək. Əvvəlcə istifadəçi kanalı açaraq yuxarı sağ küncdəki üç nöqtəyə toxunmalıdır. Açılan menyuda işarəyə toxunduqda istifadəçi axtardığı mesajı asanlıqla tapa biləcək. Yeni axtarış funksiyasından istifadə etməyin ikinci yolu birbaşa kanal məlumatlarında yerləşir. Paylaşım düyməsinin yanında simvolik böyüdücü şüşə simvolu görünəcək. İstifadəçi bura toxuxnmaqla axtardığını tapa biləcək. Bununla da, “WhatsApp”, mesajları tapmaq üçün mürəkkəb yollardan keçmək və gizli menyular axtarmaq ehtiyacını aradan qaldıracaq. Qeyd edək ki, bu funksiya əvvəl mövcud olsa da, ləng işləyirdi.