Əfsanəvi müğənni Maykl Ceksonun Las-Veqasdakı malikanəsi satışa qoyulub.
OLAY yazır ki, sənətçinin villası 12, 5 milyon dollara təxminən 20 milyon 40 min manata bazarlanıb.
2005-ci ildə inşa edilən evin sahəsi 1,6 min kvadratmetrdən çoxdur, yeddi yataq, 9 qonaq otağı olan malikanə 9 metr hündürlüyündədir.
Həmçinin villanın daxilində böyük bağı, sinema otağı və geniş qarajı var.