Finlandiya millisinin futbolçusu Teemu Pukki vətəninə qayıdıb.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu HİK ilə müqavilə imzalayıb. Bu barədə Helsinki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pukki ilə müqavilə 2 illik nəzərdə tutulub.
Forvardın son ünvanı ABŞ-də “Minnesota” olub.